Bakıda ər arvadını bıçaqlayıb

Bakıda ər arvadını bıçaqlayıb
# 17 dekabr 2012 07:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ər həyat yoldaşını bıçaqlayıb. Bu barədə APA-ya Binəqədi Rayon Prokurorluğundan bildirilib.

Hadisə Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ev 16 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Elxan Umarov mübahisə zəminində arvadı Pərvanə Umarovanı bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən E. Umarov isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR