Quba hadisələrində təqsirləndirilən jurnalistlərin cinayət işi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib

 Quba hadisələrində təqsirləndirilən jurnalistlərin cinayət işi  Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib
# 30 noyabr 2012 15:57 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, prosesə sədrlik edən hakim Fizuli Pənahov icraatında bu hadisələrlə bağlı başqa bir cinayət işinin olduğunu bildirib və öz-özünə etiraz bildirib. F. Pənahov Quba rayon Məhkəməsinin sədri olduğu üçün işin başqa rayon məhkəməsinə verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Quba hadisələrinə görə saxlanılan şəxslərdən Quba şəhər Bələdiyyəsinin sədri Elxan Əliyev, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, televiziyanın baş redaktoru Zaur Quliyev, Zakir Məmmədov, Gülağa Əliyev cinayət məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309.2 ( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə, Muxtar Ələkbərov isə cinayət məcəlləsinin 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə təqsirləndirilirlər.

Xatırladaq ki, bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra Hakimiyyətinin yardımçı binaları, İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun evi yandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR