AMEA-da “İrəvan xanlığı” sənədli televiziya filminin təqdimatı keçirilib - FOTOSESSİYA

AMEA-da “İrəvan xanlığı” sənədli televiziya filminin təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 23 noyabr 2012 12:42 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “İrəvan xanlığı” sənədli televiziya filminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, mərasimdə AMEA-nın Tarix İnstitutunun sənəd topluları, məqalələr, kitabları əsasında hazırlanan filmin “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti” tərəfindən ərsəyə gətirildiyi bildirilib.

AMEA-nın vitse-prezidenti Arif Həşimov deyib ki, bu film itirilmiş Azərbaycan torpaqlarının öyrənilməsi, gələcək nəslin maarifləndirilməsi baxımından əhəmiyyətlidir. Tarix İnstitutunun və AzTV-nin birgə fəaliyyətini təqdir edən A. Həşimov qeyd edib ki, bu film indiki Ermənistanın ərazilərinin yerli sakinlərinin Azərbaycan türkləri olduğunu bir daha sübuta yetirir.

Sonra “İrəvan xanlığı” filminə baxış keçirilib. Filmdə İrəvanın 1747-1823-cü illəri əhatəli şəkildə tamaşaçıya çatdırılır. Filmdə ermənilərin bu bölgəyə köçürülməsinin tarixçəsi isə ermənilərin arxiv sənədləri tərəfindən faktlarla öz əksini tapıb.

Filmə baxışdan sonra çıxışlar dinlənilib və ermənilərin Azərbaycan torpaqlarına iddia etməsinin absurd olduğu qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR