Astarada  iki avtomobil toqquşub, üç nəfər yaralanıb

Astarada  iki avtomobil toqquşub, üç nəfər yaralanıb
# 20 noyabr 2012 13:36 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Azərbaycanın Astara rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) baş müfəttişi İlqar Rəhimzadənin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Ələt - Astara magistralının 219-cu kilometrliyində - rayonun Telman kəndi ərazisində qeydə alınıb. Astara rayonunun Siyəkü kənd sakini, 29 yaşlı Rövşən Əkbərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən, qarşıdan gələn, Lənkəran rayonunun Vilvan kənd sakini, 51 yaşlı Hüseynağa Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla toqquşub. Güclü zərbədən “VAZ-2106” markalı avtomaşın yoldan çıxaraq, yolun kənarındakı su arxına düşüb. Nəticədə hər iki avtomobilin sürücüsü, eləcə də “VAZ-2107”- nin sərnişini, Astaranın Siyəkü kənd sakini, 38 yaşlı Kamil İrşadov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hər iki avtomaşın yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR