Milli Məclis sədrinin I müavini: “Ermənistan Xankəndi aeroportu ilə bağlı avantüraya yol verir”

 Milli Məclis sədrinin I müavini: “Ermənistan Xankəndi aeroportu ilə bağlı avantüraya yol verir”
# 12 noyabr 2012 09:49 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanın hava məkanından istifadə ilə bağlı hüquqi məsələlər Beynəlxalq Mülki Aviasiya Təşkilatının Azərbaycanla imzaladığı saziş çərçivəsində müəyyən olunur. Həmin sazişdə göstərilir ki, suveren ölkənin quru, dəniz və hava məkanından istifadə yalnız həmin ölkənin icazəsi ilə baş tuta bilər”. APA-nın xəbərinə görə, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərin suallarına cavab olaraq bildirib.

Z. Əsgərov xatırladıb ki, Xankəndi aeroportu ilə bağlı məsələ qalxanda Azərbaycanın müvafiq qurumları Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edib və bu qurum Azərbaycanın haqlı mövqedə olduğunu vurğulayıb: “Ermənistan Xankəndi aeroportu ilə bağlı avantüra edir, müxtəlif təxribat dolu yazılar verir. O aeroport tikilsə də, istifadəyə verilmir. Hər dəfə bir bəhanə gətirilər. Sadəcə, bilirlər ki, Azərbaycanın icazəsi olmadan həmin aeroportu açmaq mümkün deyil. Əgər o aeroport açılacaqsa, Azərbaycanın hava məkanından hansısa təyyarə uçacaqsa, ölkənin hərbi hava qüvvələrini bir tərəfə qoyuram, ölkəmizin dispetçer xidməti onlara xidmət göstərməyəcək. Azərbaycan dövləti inkişafın o səviyyəsindədir ki, bizimlə 93-cü ildəki kimi danışmaq olmaz. O zaman dövlət olaraq çox uşaq idik, iməkləyirdik, indi böyümüşük, dövlət, xalq, hakimiyyət olaraq çox sağlamıq və özümüzü qorumağa qadirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR