Dövlət Kino-Foto Sənədləri Arxivinə Xarici İşlər Nazirliyi haqqında yeni sənədlər daxil olub

Dövlət Kino-Foto Sənədləri Arxivinə Xarici İşlər Nazirliyi haqqında yeni sənədlər daxil olub
# 17 dekabr 2012 08:18 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Dövlət Kino-Foto Sənədləri Arxivinə Xarici İşlər Nazirliyi tərəfindən 1031 saxlama vahidi fotosənəd, 3 saxlama vahidi kinosənəd (video) daxil olub. Milli Arxiv İdarəsindən APA-ya verilən məlumata görə, foto-kino sənədlər Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonrakı dövrdə Xarici İşlər Nazirliyinin, diplomatların fəaliyyətini əks etdirir.

Daimi saxlanılmaq məqsədi ilə hazırda foto-kino sənədlərin Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənədin müfəssəl məzmunu hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR