Azərbaycanın xarici işlər naziri ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb
# 07 dekabr 2012 12:28 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İrlandiya Respublikasına səfəri çərçivəsində ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Rikardo Milliori ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Rikardo Milliori ATƏT PA-nın fəaliyyəti barədə məlumat verib və Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ilə əməkdaşlıqdan məmnunluq ifadə edib. R.Milliori Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Minsk Qrupuna üzv dövlətlərin nümayəndələrinin görüşünün təşkil olunmasını təklif edib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların hazırkı durumu barədə məlumat verib və münaqişənin həlli üçün Minsk Qrupuna üzv dövlətlərin səylərinin artırılmasının səmərəli olacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR