Azərbaycanın iqtisadi inkişaf naziri Dubayın əmiri ilə görüşüb

Azərbaycanın iqtisadi inkişaf naziri Dubayın əmiri ilə görüşüb
# 18 dekabr 2012 13:28 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Məktum bu gün Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevi qəbul edib. APA-nın WAM saytına istinadən verdiyi məlumatına görə, görüşdə həmçinin BƏƏ-nin iqtisadiyyat naziri Sultan bin Səid əl-Mənsuri da iştirak edib.

Görüşdə Məhəmməd bin Rəşid əl-Məktum Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və sənaye sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. S.əl-Mənsuri isə öz növbəsində Azərbaycanın özəl sektorunun BƏƏ-nin iqtisadi inkişafında rolunu qeyd edərək bildirib ki, ölkədə 120-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir.

Qeyd edək ki, Ş.Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və BƏƏ iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının IV iclasında iştirak etmək məqsədi ilə bu ölkədə səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR