Bakı. Fuad Cəfərov- APA. Sumqayıt şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dekabrın 15-də saat 08.00 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində, Sumqayıt şəhər sakini Zaur Əhmədov, nasaz vəziyyətdə olan "ZiL-131" markalı avtomaşını dəstək ilə işə salarkən, avtomaşın hərəkətə gəlib və onu qarşıda dayanan "KamAZ" markalı avtomaşına sıxıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Z.Əhmədov orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.