Avropa Birliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib

Avropa Birliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib
# 22 dekabr 2012 12:05 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. Avropa Birliyi (AB) İranın nüvə proqramı ilə əlaqədar olaraq, Tehrana qarşı yeni sanksiyalar qəbul edib. APA-nın məlumatına görə, bu barədə AB-nin yaydığı mətbuat açıqlamasında yazılıb. Sanksiyalar nüvə proqramını davam etdirən İrana qarşı iqtisadi məhdudiyyətləri daha da artırıb: “İran hökumətini və nüvə fəaliyyətini dəstəkləyən daha 18 şirkətə və 1 fiziki şəxsə qarşı sanksiya tətbiq edilib. Adları sanksiya siyahısına əlavə edilən şirkətlərin nümayəndələri Avropa Birliyinin ərazisinə səfər edə bilməyəcəklər. Həmçinin sanksiyaya məruz qalan şəxslərin Avropadakı bütün aktivləri dondurulacaq”.

Avropa Birliyinin hazırkı “qara siyahı”sında İrana bağlılığı olan 490-a yaxın şirkət və qurumun, 105 fiziki şəxsin adı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR