Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Media və Yayım Şurası Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq.
Beləliklə, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın səlahiyyətlərini bu qurum yerinə yetirəcək. Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr də verilir. Yeni hüquqlar aşağıdakılar olacaq:
- media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək;
- dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, dövlət orqanlarının (qurumlarının) media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi və qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirmək;
- jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə tədbirlər (təlimlər, seminarlar və s.) həyata keçirmək, həmçinin media nümayəndələri üçün müsabiqələr təşkil etmək;
- əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək;
- audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək;
- cəmiyyətdə baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, media subyektlərində peşə etikası (etik davranış) qaydalarına riayət edilməsinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görmək;
- media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil etmək, bu məqsədlə müsabiqələr keçirmək;
- nəzərdə tutulan müsabiqə qaydalarını təsdiq etmək;
- media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görmək;
- dezinformasiyanın yayılmasının qarşısının alınması, o cümlədən onun aşkarlanması, qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görmək;
- dezinformasiyanın yayılması risklərinin azaldılması və nəticələrinin minimuma endirilməsi məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə operativ əlaqələndirmə mexanizmlərini qurmaq və fəaliyyətini təmin etmək;
- media subyeklərinin fəaliyyəti ilə bağlı təhlillər aparmaq, habelə ictimai rəyin öyrənilməsini təşkil etmək;
- informasiya mühitinin təhlili və sosioloji sorğular əsasında ictimai rəyi, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını, dövlət orqanlarının (qurumlarının) fəaliyyəti ilə bağlı ictimai fikri öyrənmək, cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələləri müəyyən etmək və təkliflər vermək;
- mediada, o cümlədən sosial şəbəkə platformalarında rəqəmsal məzmunun təhlilini həyata keçirmək və nəticəsinə uyğun tədbirlər görmək;
- media subyektlərinin fəaliyyəti qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək;
- Media Reyestrini formalaşdırmaq, aparmaq, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək;
- Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək;
Yeni quruma əlavə olaraq aşağıdakı vəzifələr şamil olunacaq:
- xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
- media sahəsində peşə (etik) davranış qaydalarına riayət edilməsi üzrə araşdırmalar aparmaq və bu istiqamətdə tövsiyələr hazırlamaq;
- “Reklam haqqında” qanuna uyğun olaraq sosial reklamlar sifariş vermək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlillərin aparılması, sorğuların keçirilməsi, hesabatların, rəy və təkliflərin hazırlanması məqsədilə fiziki və hüquqi şəxslərə sifarişlər vermək;
- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;
- istifadəsinə verilmiş dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;
- səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəmələrdə müvafiq prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata keçirmək;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;
- strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün təkliflər vermək.
Şuranın sədri və üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcəklər. Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə 2 (iki) sədr müavini seçəcəklər.
Qeyd edilib ki, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Sözügedən mexanizm də öz növbəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.
Bu baxımdan, qanun layihəsində vahid qurumun - Media və Yayım Şurasının yaradılması, Şura ilə bağlı vəzifə və öhdəliklərin “Media haqqında” qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv mexanizmdir.
“Media haqqında” qanunda təklif olunan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli medianın inkişafına təkan verməyə şərait yaradacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Media
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib
AzTv-nin əməkdaşları CNN-in təcrübəsini öyrənmək üçün Portuqaliyaya səfər edib - VİDEO
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
Xəbər Lenti
Netanyahu İsrail ordusunun Livanda qalacağına israr edir
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Environmental Protection First” Koalisiyası İrəvanda keçiriləcək COP17 sədrliyinə müraciət ünvanlayıb
Ukrayna PUA-larının Moskvaya kütləvi hücumu davam edir, 35 dron vurulub - YENİLƏNİB
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
ITFC: Orta Dəhliz Azərbaycanın regional ticarət mərkəzi kimi rolunu gücləndirir - MÜSAHİBƏ
Rusiyalı nüvə mütəxəssisləri Buşehr AES-ə geri qayıdacaq
Zakir Fərəcov vətəndaş qəbulu keçirib
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub - FOTO
CNN: İran ABŞ-la danışıqlardan əvvəl Livanda döyüşlərin dayandırılacağına zəmanət tələb edir
Nazir müavini: Bundan sonra qadın sahibkarlığın inkişafına xüsusi əhəmiyyət veriləcək
AIIB Azərbaycanla dəniz daşımaları və aviasiya sektoru üzrə əməkdaşlığı genişləndirəcək
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır
ÜST-ün regional direktoru: Səhiyyə sistemlərinin səmərəliliyinin artırılması üçün üzv ölkələrə dəstək göstərilir
Arzuxan Əlizadə: Azərbaycan sabitlik və güclü iqtisadi siyasət sayəsində qlobal əməkdaşlıq platformasına çevrilib
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq ediləcək - FƏRMAN
İsDB Toplantıları çərçivəsində genişmiqyaslı sazişlər imzalanıb - FOTO
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar - SİYAHI
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı təlim keçirilib
İsrail ordusu: Livanda onlarla "Hizbullah" üzvü öldürülüb, 80-dən çox hədəfə zərbə endirilib
Xəzər rayonunda açıq ərazidə yanğın başlayıb
Peskov: Rusiya Ukraynaya zərbələr endirməyə davam edəcək
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutub: Təbiət və şəhər həyatının harmoniyası - FOTO
XİN-də xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşları və maaşlara əlavələrin məbləği təsdiq edilib
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Şəmkirdə regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Deputat: Taksi sürücüləri AYNA ilə yol hərəkəti qaydalarının tətbiqinə cavabdeh qurumlar arasında ziddiyyətlərdən şikayətlənir
Xankəndi və Ağdərəyə növbəti köç olub, açarlar təqdim edilib - YENİLƏNİB-2
Millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilir
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşib
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO
Rəşad Mahmudov xaricdə tibb təhsili almış şəxslərin diplomlarının tanınmasındakı çətinliklərdən şikayətlənib
İranda yol qəzasında 5 nəfər ölüb
Deputat yollarda standartlara uyğun olmayan nişanlanma və cərimələrdən narazıdır
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
İslam İnkişaf Bankının Müdirlər Şurasına sədrlik Burkina Fasoya təhvil verilib
Katz Suriyanın "Hizbullah"la mübarizəsindən danışıb: Colani İsrailin işinə qarışmamalıdır
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşir
PUA-ların dövriyyədə olmasına xüsusi icazə əsasında yol veriləcək
Avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamə verilməsi üçün rüsum müəyyənləşir
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq
Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulur, tanınma nişanı olacaq
Azərbaycanda avtonom gəminin istismarının əsasları müəyyənləşir
Lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti uzadılıb
İsrail Livanı bombalayıb, 18 nəfər ölüb
Sabah 39 dərəcə isti olacaq