Səfər Əbiyev Qətərdə bir sıra görüşlər keçirib

Səfər Əbiyev Qətərdə bir sıra görüşlər keçirib
# 20 noyabr 2012 08:31 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vəliəhdlə görüş zamanı ölkələr arasında mövcud olan əlaqələr, o cümlədən hərbi sahədə əməkdaşlığın gedişatı və perspektivləri, regional təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət müzakirə edilib.

Baş Qərargah rəisi ilə görüş zamanı da hərbi sahədə əməkdaşlığın əsas istiqamətləri və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, «Yırtıcı Şahin-3» çoxmillətli birgə hərbi təlim proqramı çərçivəsində təşkil olunmuş, Ali Hərbi Rəhbərlərin seminarında iştirak edən Səfər Əbiyev həmin tədbirə qatılan Pakistan İslam Respublikasının müdafiə naziri və Birləşmiş Qərargahlar Komitəsinin sədri, Mərakeşin müdafiə naziri, Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə də görüşlər keçirərək təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın perspektivləri barədə müzakirələr aparıb.

Qeyd edək ki, Səfər Əbiyev Qətər Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Həməd Bin Əli Əl-Atiyyənin dəvəti ilə bu ölkəyə səfər edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR