Indoneziyada 5,2 bal gücündə zəlzələ

Indoneziyada 5,2 bal gücündə zəlzələ
# 19 dekabr 2012 03:24 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın Yava adası yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İndoneziya Milli meteorologiya, iqlimşünaslıq və geofizika idarəsi məlumat yayıb.

Zəlzələnin episentri Mərkəzi Yava əyalətinin Patçitan şəhərindən 114 km cənub-şərqdə, mərkəzi isə 16 km dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.

2004-cü ildə İndoneziyada baş vermiş zəlzələ yüz minlərlə insan həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR