Bakıda Frankofoniya həftələri keçiriləcək

Bakıda Frankofoniya həftələri keçiriləcək
# 30 mart 2017 14:48 (UTC +04:00)

Bakıda 1-22 aprel tarixlərində təşkil olunacaq Frankofoniya həftələri ilə bağlı mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Belçika, Fransa, Yunanıstan, Latviya, Macarıstan, Misir, Mərakeş, Meksika, Rumıniya və İsveçrənin Azərbaycandakı səfirləri və səfirliklərin əməkdaşları iştirak ediblər.

Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez bildirib ki, tədbirdə Frankofoniya təşkilatına üzv olan və müşahidəçi statusuna malik ölkələr iştirak edir: ”Bu təşkilat 84-ə yaxın dövləti üzv və ya müşahidəçi qismində özündə birləşdirir. Müxtəlif ölkələr bu günlər çərçivəsində müxtəlif tədbirlər keçirəcək. Tədbirlərin koordinasiyasını Azərbaycan Fransız İnstitutu həyata keçirəcək. Dünyada fransız dilində danışanlar günbəgün artır. Hazırda Azərbaycanda 40 minə yaxın şagird fransız dilini öyrənir”.

Diplomat Frankofoniya həftələri çərçivəsində keçiriləcək tədbirləri iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra digər səfirlər və diplomatlar Frankofoniya həftələri çərçivəsində təşkil edəcəkləri tədbirlər və ölkələrinin iştirakı barədə danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR