Misir prezidenti yeni konstitusiyanın qəbulu üzrə referendumu təxirə salmaqla bağlı qərar verib

Misir prezidenti yeni konstitusiyanın qəbulu üzrə referendumu təxirə salmaqla bağlı qərar verib
# 08 dekabr 2012 12:07 (UTC +04:00)

APA-nın görə, bununla da o etirazçıların ən əsas tələblərini yerinə yetirib. Ölkə başçısı bu qərarını prezident sarayı qarşısında baş verən çaxnaşmadan sonra elan edib.

Xatırladaq ki, 11 dekabr tarixinə planlaşdırılmış referendumun əleyhinə təşkil olunmuş etiraz aksiyası zamanı 10 minlərlə insan prezident sarayının qarşısına toplanıb və qarşıdurmalarda bir neçə insan xəsarət alıb.

Rezidensiyanın qarşısında hələ də zirehli texnika durur. Misirin dövlət qəzeti olan “Al Ahram” yazır ki, M. Mursi stabil vəziyyəti saxlamaq üçün ordunun fəaliyyətini sanksiyalaşdıra bilər. Xəbərə əsasən, bu barədə qərar Nazirlər Kabineti tərəfindən təsdiq edilib, lakin prezidentin onu nə zaman imzalayacağı hələ bilinmir. Həmçinin qeyd edilir ki, yeni qərar təsdiq edildikdən sonra hərbçilər həbs etmək hüququna malik olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR