Bakıda bir gündə iki nəfər intihar edib

Bakıda bir gündə iki nəfər intihar edib
# 27 noyabr 2012 09:16 (UTC +04:00)

Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Cavadxan küçəsi-37 ünvanında yerləşən avtomobil təmiri sexində işləyən, 1978-ci il təvəllüdlü Nəsimi İsayev iş yerində özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Digər hadisə isə Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini, 39 yaşlı Qabil Həsənov yaşadığı evdə özünü asıb.

Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR