ABŞ-ın Azərbaycandakı səfirliyi viza üçün yeni prosedurlar həyata keçirəcək

ABŞ-ın Azərbaycandakı səfirliyi viza üçün yeni prosedurlar həyata keçirəcək
# 05 dekabr 2012 13:05 (UTC +04:00)

Səfirlikdən APA-ya verilən məlumata görə, bu dəyişikliyin bir hissəsi olaraq ərizəçilər viza müsahibəsinə yazılmaqdan əvvəl rüsumu ödəyəcəklər.

Hazırda ABŞ-ın Azərbaycandakı səfirliyində viza müsahibəsi üçün yalnız əvvəlcədən yazılmaq lazımdır və viza ərizəçiləri rüsumu müsahibə zamanı səfirlikdə ödəyirlər. Dekabrın 27-dən sonra viza ərizəçiləri rüsumu müsahibəyə yazılan zaman ödəyəcəklər. Yeni prosedurlarla bağlı daha ətraflı məlumat yaxın həftələrdə elan olunacaq.

27 dekabr 2012-ci ildən etibarən ərizəçilər gün təyin etmək üçün yeni sistemdən istifadə edə bilərlər və müsahibələr 3 yanvar 2013-cü ildən başlayacaq. Göstərilən iki tarix arasındakı müddətdə ABŞ səfirliyinin konsulluq şöbəsi viza xidmətlərini dayandıracaq. Fövqəladə hallarda səyahət üçün məhdud viza xidmətləri göstəriləcək. Vətəndaşlar müraciətlərini [email protected] elektron poçtuna göndərə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR