Bakıda mağazaya basqın olub

Bakıda mağazaya basqın olub
# 17 noyabr 2012 10:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda mağazaya basqın olub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 16-da saat 00.15-də Nəsimi rayonu ərazisində, mağazaların birinə gəlmiş 2 naməlum şəxs orada işləyən Bakı şəhər sakini Tofiq Qasımova küt alətlə baş nahiyəsindən xəsarət yetirib, oradan 280 manat pul və sərinləşdirici içkilər götürərək gediblər.

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri, Bakı şəhər sakini Sahib Rüstəmov tutulub, onun üzərinə baxış zamanı 0,632 qram heroin aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR