Şirvan, Hacıqabul və Salyana qazın verilməsində məhdudiyyət yaranıb

Şirvan, Hacıqabul və Salyana qazın verilməsində məhdudiyyət yaranıb
# 15 noyabr 2012 11:40 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Şirvan şəhəri, Hacıqabul və Salyan rayonlarının bir hissəsinə qazın verilməsində məhdudiyyət yaranıb.

Şirvan şəhər qaz təchizatı idarəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, buna səbəb diametri 1220 mm-lik Astara-Qazıməmməd magistral qaz kəmərinin yerinin dəyişdirilməsi işlərinin aparılmasıdır.

Bildirilir ki, “Azəriqaz” İB-nin 30 oktyabr 2012-ci il tarixli 1398/05 saylı telefonoqramına əsasən, “Qaz təsərrüfatında təhlükəsizlik, tikinti norma və qaydaları”nın tələblərinə əməl etməklə Müdafiə Sənayesi Nazirliyinin balansında olan zavodun ərazisindən keçən diametri 1220 mm-lik Astara-Qazıməmməd magistral qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə yeni çəkilmiş 2,2 km uzunluğunda qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar 14-15 noyabr 2012-ci il tarixlərində diametri 1220 mm-lik Astara-Qazıməmməd magistral qaz kəmərində qazın nəqlinin dayandırılması planlaşdırılır. Bu məqsədlə noyabrın 14-dən magistral qaz kəmərinin yerinin dəyişdirilməsinə start verilib. İşlərin bu gün axşam yekunlaşması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR