Bakıda iki yük maşını toqquşub, yaralılar var - FOTO

Bakıda iki yük maşını toqquşub, yaralılar var - <span style="color: red;">FOTO
# 30 noyabr 2012 19:33 (UTC +04:00)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 22.00 radələrində aeroport yolunda, “Buta Palace”ın yaxınlığında qeydə alınıb.

“Şaqman” markalı iri tonnajlı iki yük maşını idarəetməni itirərək toqquşub.

Nəticədə yük maşınlarından birinin sürücüsü ağır yaralanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq hadisə yerində olan təcilli tibbi yardım həkimlərinə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR