Bakıda Qazaxıstanın Müstəqillik Gününü qeyd olunub

Bakıda Qazaxıstanın Müstəqillik Gününü qeyd olunub
# 20 noyabr 2012 20:20 (UTC +04:00)

Bakı. Viktoriya Dementiyeva - APA. Bu gün Bakıda Qazaxıstan respublikasının müstəqilliyinin 21 illiyi və Azərbaycan ilə Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci il dönümü münasibətilə tədbir keçirilib.

APA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov iki dost və qardaş ölkə arasında qurulan münasibətləri yüksək qiymətləndirib.

O deyib ki, Azərbaycan və Qazaxıstan arasında istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində möhkəm əlaqələr qurulub.

Primbetov bildirib ki, bu ildə də Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına yönəlmiş bir neçə tədbir keçirilib. O xüsusilə Azərbaycan Qazaxıstan hökumətlərarası komissiyasının iclasının baş tutmasını qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan və Qazaxıstan arasında geniş və səmimi əlaqələrin qurulmasını qeyd edib.

Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların əməkdaşları, ölkə ictimaiyyətinin nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR