Masallıda uşaq bağçası istifadəyə verilib

Masallıda uşaq bağçası istifadəyə verilib
# 08 noyabr 2012 22:08 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Dövlət Bayrağı Günü ərəfəsində Masallı şəhər 3 saylı uşaq bağçası-körpələr evi əsaslı təmirdən sonra istifadəyə verilib. APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlətin uşaqlara qayğısından danışıb. Son illər respublikada məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqətin xeyli artırıldığını bildirən icra başçısı bağçanın kollektivini əlamətdar hadisə münasibətilə təbrik edib. Mərasimdə bağçanın müdiri Mehparə Məmmədova, valideynlər adından Nigar Xəlilova çıxış edərək, yaradılan şəraitə görə minnətdarlığını çatdırıblar. Balaca fidanlarin ifasında Vətəni tərənnüm edən şerlər səslənib.
Daha sonra açılışı bildirən rəmzi qırmızı lent kəsilib və uşaq bağçası ilə tanışlıq olub.
Qeyd edək ki, Masallı şəhər 3 saylı uşaq bağçası-körpələr evi iki mərtəbəli olmaqla, 120 uşaq üçün nəzərdə tutulub. Burada 6 sinif, metodika və tibb otaqları, həmçinin yeməkxana, camaşırxana, tikiş otağı və tədbir zalı uşaqların ixtiyarına verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR