Aramsız yağan yağışlar Xaçmaz rayonunda ciddi fəsadlar yaradıb

Aramsız yağan yağışlar Xaçmaz rayonunda ciddi fəsadlar yaradıb
# 14 dekabr 2012 08:48 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonu, Xudat şəhərində suötürücü yağış sularının təsirindən daşıb. Nəticədə, bəzi ərazilər, o cümlədən bir neçə fərdi evin həyətyanı sahəsi su ilə dolub. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası rayon İcra Hakimiyyətinin qüvvələri ilə birgə hadisə rayonunda yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR