İraqda iranlı zəvvarları daşıyan avtobus partladılıb

İraqda iranlı zəvvarları daşıyan avtobus partladılıb
# 19 dekabr 2012 13:03 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İraqda iranlı zəvvarları daşıyan avtobus partladılıb. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin həcc və ziyarət şöbəsinin sədr müavini Əli Heydəri açıqlama verib.

Onun sözlərinə görə, hadisə bu gün paytaxt Bağdadın şimalındakı Kazımeyn şəhərində baş verib. Nəticədə 8 nəfər iranlı zəvvar yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR