Biləsuvarda 17 yaşlı oğlan oğurluq faktına görə tutulub

Biləsuvarda 17 yaşlı oğlan oğurluq faktına görə tutulub
# 27 noyabr 2012 11:01 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev – APA. Azərbaycanın Biləsuvar rayonunda oğurluq hadisəsi baş verib. Bu barədə APA-nın Cənub bürosuna Biləsuvar Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Bildirilib ki, rayon sakini Yusif Orucov noyabrın 22-də polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan 1651 manat pulun naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. RPŞ-də yaradılmış əməliyyat-istintaq qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində rayon sakini, 1995-ci il təvəllüdlü İlqar Mirzəxanlı ötən gün şübhəli şəxs qismində saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR