Misir prezidentinin evi qarşısında baş verən toqquşmalarda 25 nəfər xəsarət alıb

Misir prezidentinin evi qarşısında baş verən toqquşmalarda 25 nəfər xəsarət alıb
# 07 dekabr 2012 19:58 (UTC +04:00)

APA-Bakı. Misir prezidenti Məhəmməd Mürsinin əleyhdarlarının onun ailəsi yerləşdirilən evə irəliləmək cəhdi zamanı 25 nəfər xəsarət alıb. APA-nın Misir mətbuatına istinadən verdiyi məlumata görə, Məhəmməd Mürsinin evi qarşısında yenidən baş verən toqquşmalarda 3 minədək prezident əleyhdarları iştirak edir. Onlar polisləri daş-qalaq edir, yandırıcı maddə ilə dolu şüşə qabları atırlar. Polis, öz növbəsində, etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edir.

Son məlumata görə, yüzlərlə “Müsəlman qardaşlar” hərəkatının üzvləri polis qüvvələrinə köməyə gəlib. Xatırladaq ki, Misir prezidenti Məhəmməd Mürsi “Müsəlman qardaşlar” hərəkatının nümayəndəsidir.

Məlumat verildiyi kimi, dövlət rəhbərinin təhlükəsizlik xidməti dünən Məhəmməd Mürsinin ailə üzvlərini yaşadıqları evdən təxliyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR