Təhsil naziri təqaüdlərin gecikdirilməsinə aydınlıq gətirib

Təhsil naziri təqaüdlərin gecikdirilməsinə aydınlıq gətirib
# 17 noyabr 2012 08:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Görünür ki, tələbələrə təqaüdlərin verilməsi ilə bağlı idarəetmədə müəyyən problemlər var. Amma təqaüdlər bütün səviyyələr üzrə təhsil alan tələbələrə çatmalıdır”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında ali və peşə məktəblərin I kursunda təhsil alan tələbə və şagirdlərin təqaüdlərinin gecikdirilməsi məsələsinə münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, təqaüdlər üçün büdcədən maliyyə vəsaiti ayrılıb, bununla bağlı heç bir problem yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR