Sergey Lavrov: “Əsəd sona qədər vuruşmaqda qərarlıdır”

Sergey Lavrov: “Əsəd sona qədər vuruşmaqda qərarlıdır”
# 08 noyabr 2012 14:55 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Suriya lideri Bəşər Əsəd hakimiyyətdən getməyi qəti şəkildə rədd edir: “Ona kim nə deyirsə, desin, Əsəd hakimiyyətdən getməyəcək. Qərb liderləri və ərəb qonşularından gələn təhdidlərə baxmayaraq Əsəd sona qədər vuruşmaqda qərarlıdır. Qərb Suriya müxalifətini sona qədər vuruşmağa təşviq edir. Bəşər Əsəd də qalib gələnə kimi savaşmağa davam edəcəyini söyləyib. BMT Təhlükəsizlik Şurası və Ərəb Liqası ölkəslərinin xüsusi təmsilçisi Lahdar Brahimi də Suriyada kiminsə qələbə qazanacağına inanmır. Bu müharibə insanların, mədəni dəyərlərin, tarixi abidələrin, hətta YUNESKO-nun siyahısında olan Hələb şəhərinin dağıdıldığı bir savaşdır. Bu çox dəhşətli bir haldır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR