Azərbaycanın İsveçrədəki səfiri bu ölkənin Federal İqtisadiyyat Departamentinin idarə rəhbəri ilə görüşüb - FOTO

Azərbaycanın İsveçrədəki səfiri bu ölkənin Federal İqtisadiyyat Departamentinin idarə rəhbəri ilə görüşüb   - <span style="color: red;">FOTO
# 30 noyabr 2012 13:28 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın İsveçrə tərəfindən həmsədri, İsveçrənin Federal İqtisadiyyat Departamentinin ikitərəfli iqtisadi əlaqələr idarəsinin rəhbəri Erik Martin ilə görüş keçirib. Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Martin iki ölkə arasında enerji sahəsi ilə yanaşı, kənd təsərrüfatı, turizm və informasiya texnologiyaları sahəsində mövcud olan geniş potensialdan istifadə edərək İsveçrə tərəfinin Azərbaycanla bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi əzmində olduğunu bildirib.

Səfir Ə. Zeynallı iqtisadi sahədə ikitərəfli münasibətlərdə əldə edilmiş nailiyyətlərdən danışaraq gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini vurğulayıb. İki ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə uğurla genişlənən münasibətlər haqqında məlumat verən Ə. Zeynallı, Azərbaycanla İsveçrə arasında siyasi sahədə yaranmış tərəfdaşlığın iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün münbit şərait yaratdığını söyləyib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və iki ölkə arasında geniş tərkibli biznes forumlarının təşkilinin vacibliyi qeyd olunub və bu istiqamətdə lazımi tədbirlərin görülməsi razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR