Sabah Azərbaycan paytaxtında yağışlı hava proqnozlaşdırılır

Sabah Azərbaycan paytaxtında yağışlı hava proqnozlaşdırılır
# 20 dekabr 2012 09:57 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Yaxın 2 gün ərzində Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi, arabir güclənən giləvar küləyinin dekabrın 21-də axşam xəzri küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, dekabrın 21-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub küləyi gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6, günün birinci yarısında 10 dərəcəyə, axşama doğru isə 4 dərəcəyə yaxın isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 21-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR