Berlində 1 nəfəri girov götürmüş cinayətkar 1 mln. avro tələb edir

Berlində 1 nəfəri girov götürmüş cinayətkar 1 mln. avro tələb edir
# 21 dekabr 2012 21:35 (UTC +04:00)

Bakı-APA. Polis Berlin bankında 1 nəfəri girov götürmüş cinayətkarla danışıqlara başlayıb. Cinayətkar 1 mln avro məbləğində pul və maneəsiz çıxış tələb edir, əks halda binanı partladacağı ilə hədələyir. Bu barədə APA “Bild” qəzetinin saytına istinadən xəbər verir.

Naməlum şəxs “Deutsche Bank”-ın Berlinin Selendorf rayonundakı filialına daxil olub və onda partladıcı qurğu olması ilə hədələyərək, pul tələb edib. Cinayətkar bank işçisini girov götürüb. Girovun bank filialının rəhbəri olduğu ehtimal olunur. İyirmiyədək insan binadan qaçmağa müvəffəq olub.

Polis və xüsusi təyinatlılar bank binasını əhatəyə alıb, hadisə yerinə bir neçə “təcili yardım” maşını da cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR