Avropa İnsan Haqları Məhkəməsi gələn həftə Azərbaycana dair dörd iş üzrə qərarı açıqlayacaq

Avropa İnsan Haqları Məhkəməsi gələn həftə Azərbaycana dair dörd iş üzrə qərarı açıqlayacaq
# 14 dekabr 2012 11:03 (UTC +04:00)

APA-nın məlumatına görə, bu işlər məhkəmə qərarlarının icra olunmaması ilə bağlı şikayətlərlə əlaqədardır.

İddiaçılar Andreyeva, Qurbanova və Yusifova Ermənistanın işağl etdiyi ərazilərdən məcburi köçkün düşmüş şəxslərin onlara məxsus mənzillərdən çıxması barədə məhkəmə qərarının yerinə yetirilməməsindən şikayət ediblər. Heydərova soyadlı şəxs isə yerli orqanların ona məxsus torpaq sahəsinin ölçülərini müəyyənləşdirən rəsmi sənəddə düzəliş etməmələrindən şikayət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR