Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 12 dekabr 2012 06:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,23 dollar və ya 0,3% artaraq 1 barelə görə 85,79 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, dekabrın 11-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,68 dollar və ya 0,6% artaraq 108,01 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR