İranda helikopter qəzaya uğrayıb, 10 nəfər həlak olub

İranda helikopter qəzaya uğrayıb, 10 nəfər həlak olub
# 14 noyabr 2012 10:44 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda helikopter qəzaya uğrayıb. APA-nın məlumatına görə, hadisə noyabrın 14-də, yerli vaxtla səhər saat 7:30-da Xorasan Rəzəvi vilayətinin mərkəzi Məşhəd şəhərinin yaxınlığında baş verib. Nəticədə 10 nəfər həlak olub.

İran Hərbi-Hava Qüvvələrinə məxsus helikopter Mələkabad məntəqəsində baş vermiş avtomobil qəzasında xəsarət almış yaralıları xəstəxanaya apararkən qəzaya uğrayıb. Xorasan Rəzəvi vilayətinin valiliyindən verilən məlumatda həlak olanlardan 5 nəfərinin avtomobil qəzasına düşmüş yaralı vətəndaşlar, 5 nəfərinin isə onları xilas etməyə gəlmiş insanlar olduğu bildirilib.

Qeyd edək ki, qəzanın baş verməsinə ilkin versiya kimi havanın dumanlı olması göstərilib. Helikopterin pis hava şəraiti səbəbindən elektrik xətlərinə toxunaraq düşdüyü ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR