Avstraliya Azərbaycanın etiraz notasına cavab verib

 Avstraliya Azərbaycanın etiraz notasına cavab verib
# 12 noyabr 2012 14:43 (UTC +04:00)

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə. cavab notasında Avstraliya hökumətinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyinin dəyişməz olduğu və beynəlxalq ictimaiyyətin mövqeyinə uyğun olaraq Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımadığı vurğulanır. Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi qeyd edilir və bu mövqeyin dəyişmədiyi diqqətə çatdırılır. Həmçinin, Avstraliya hökuməti bu münaqişənin Azərbaycan və Ermənistan Hökumətləri arasında dialoq yolu ilə həllinə ümid edir. Notada həmçinin, Avstraliya hökumətinin ATƏT-in Minsk Qrupu tərəfindən aparılan sülh danışıqlarını dəstəklədiyi bildirilir.

Bununla yanaşı, Azərbaycan Avstraliya ilə əməkdaşlığı həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində davam etdirir.

XİN-in məlumatında o da bildirilir ki, Avstraliyanın 2013-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avstraliyalı həmkarı Bob Karra təbrik məktubu göndərib.

Məktubda E. Məmmədyarov Avstraliyanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibəti ilə həmkarını təbrik edib, Azərbaycanın Avstraliya ilə BMT TŞ kimi mötəbər qurum çərçivəsində əməkdaşlıq etmək əzmini diqqətə çatdırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR