KXCP İdarə Heyətinin növbəti iclası keçirilib

KXCP İdarə Heyətinin növbəti iclası keçirilib
# 03 dekabr 2012 14:22 (UTC +04:00)

Bakı. Elvin Abbaslı - APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

KXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

İclasda Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçilərinin Bakıya səfərinin nəticələri müzakirə olunub. Qərara alınıb ki, Azərbaycanın Avropa Şurası qarşında götürdüyü öhdəliklərin yerinə yetirilib-yetirilməməsi ilə bağlı KXCP adından müvafiq sənəd hazırlansın və ictimai dinləmələr keçirilsin.

Toplantıda neft gəlirlərinin səmərəsiz xərclənməsi ilə bağlı müzakirələr aparılıb. Bir neçə gün öncə İspaniyanın “Atletiko Madrid” futbol klubunun oyunçularının maykasına tikilmiş, qiyməti milyon manatlarla başa gələn “Land of fire - Azerbaijan” reklamına vəsaitin səmərəsiz xərclənməsinə etiraz bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR