Dünya bazarında şəkərin qiyməti iki illik minimuma enib

Dünya bazarında şəkərin qiyməti iki illik minimuma enib
# 14 dekabr 2012 12:38 (UTC +04:00)

Bakı – APA-Economics. Braziliyadakı bol məhsul fonunda dünya bazarında şəkərin qiyməti son iki ildə ən aşağı həddə düşüb. «APA-Economics»in məlumatına görə, ICE birjasında şəkər xammalının qiyməti son bir həftə ərzində 4,2% azalaraq 1 funt üçün (434 qram) 18,42 sent təşkil edib. Bu, 2010-cu ilin avqustundan indiyədək ən aşağı həddir.

Ekspertlərin hesablamalarına görə, yanvar-noyabr aylarında dünya üzrə şəkər istehsalı 32,9 mln. ton təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6% artıqdır.

Hazırda investorlar dünyanın digər iri şəkər istehsalçıları olan Hindistan və Tailanddakı məhsuldarlıq barədə məlumatları gözləyirlər. Hindistanda şəkər çuğunduru istehsalı ötən ilkindən az ola bilər, çünki bu il Hindistanda yağışlar az olub. Tailandda isə ilkin məlumatlara görə istehsal ötən ilə nisbətən 8,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR