ABŞ-da Şuşanın işğalının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

ABŞ-da Şuşanın işğalının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 12 may 2012 07:35 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanın ABŞ-dakı səfirliyi Şuşa şəhərinin işğalının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə ABŞ-Azərbaycan Cəmiyyəti, habelə Azərbaycan və türk diasporunun nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan «Azərtac» Dövlət Teleqraf Agentliyinin Vaşinqtondakı nümayəndəsi Şəfəq Mehralıyeva Şuşanın Azərbaycan tarixində və mədəniyyətində tutduğu yerdən danışıb. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov isə Azərbaycan torpaqlarının Ermənistanın silahlı qüvvələrinin işğalı altında olmasına baxmayaraq, Ermənistanın əslində məğlub vəziyyətdə olduğunu və günü-gündən zəiflədiyini deyib. Səfir may ayı ərzində ölkəmizin BMT Təhlükəsizlik Şurasına rəhbərlik etməsinin Ermənistan və Azərbaycan arasındakı fərqi göstərmək baxımından həm də simvolik əhəmiyyət daşıdığını qeyd edib.

Daha sonra tədbir iştirakçıları ABŞ-da yaşayan azərbaycanlı rəssam Yavər Rzayevin «Qarabağ: mənim yaddaşımda» («Karabagh: on my mind») adlı sərgisi ilə tanış olublar. Sonda tədbir iştirakçıları «Fəryad» bədii filminin ingilis dilinə tərcümə olunmuş versiyasına baxıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR