Nigeriyada “Boko Haram” silahlılarının düşərgəsi məhv edilib

Nigeriyada “Boko Haram” silahlılarının düşərgəsi məhv edilib
# 10 dekabr 2014 04:55 (UTC +04:00)

Bakı-APA. Nigeriya ordusu “Boko Haram” terror qruplaşmasının ölkənin Borno, Bauçi və Adamava ştatları ilə həmsərhəd ərazidə yaradılmış düşərgəsini məhv edib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Punch nəşri məlumat yayıb.

Əməliyyat zamanı 27 terrorçu məhv edilib. Hərbçilər arasında itki yoxdur, 6 nəfər yaralanıb.

Məlumata görə, əməliyyat nəticəsində terrorçuların planlaşdırdıqları hücumlarını əks etdirən sənədlər ələ keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR