Azərbaycan xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçirəcək
15 oktyabr 2012 14:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Oktyabrın 20-də Azərbaycan prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı»na uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə xaricdə təhsil almış gənclər üçün Bakı Biznes Mərkəzində əmək yarmarkası keçiriləcək.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və s.) fəaliyyət göstərən 50-yə yaxın nüfuzlu yerli və xarici şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Yarmarkaya yerli və xarici şirkətlər tərəfindən vakant iş yerləri çıxarılacaq, bu sahədə müvafiq meyar və tələblər haqqında gənclərə ətraflı məlumat veriləcək, maraq göstərən məzunların müraciətləri qəbul ediləcək.

Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024