Fransada ETA bask terror təşkilatının iki lideri saxlanılıb

Fransada ETA bask terror təşkilatının iki lideri saxlanılıb
# 08 iyul 2015 03:22 (UTC +04:00)

Bakı-APA. Fransada ETA bask terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən iki şəxs saxlanılıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İspaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat Fransa polisinin və İspaniya Mülki Qvardiyası (hərbiləşdirilmiş polis) ilə birgə keçirilib. Məlumata görə, saxlanılan İnyaki Reta de Frutos və Havyer Qoyenetkse ETA-nın nəqliyyat və logistikaya cavabdeh olan qrupunun rəhbərləridir.

Əməliyyat hazırda davam etdirilir, yeni həbslərin olacağı istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR