İsrailin baş naziri parlamenti buraxaraq vaxtından əvvəl seçkilərin keçirilməsi ilə bağlı qərar verib

İsrailin baş naziri parlamenti buraxaraq vaxtından əvvəl seçkilərin keçirilməsi ilə bağlı qərar verib
# 03 dekabr 2014 01:35 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, Netanyahu maliyyə naziri Yaira Lapid və ədliyyə naziri Tsipi Livnini istefaya göndərib. Qeyd edək ki, hər iki nazir baş nazirin təmsil etdiyi “Likud” partiyasına müxalif olan siyasi partiyaların lideridir.

“Son bir neçə həftə ərzində nazirlər Lapid və Livni rəhbəri olduğum hökumətə qarşı kəskin hücumlar edir. Mən artıq hökumətin tərkibində müxalifətin olmasına yol vermək niyyətində deyiləm”, deyə Netanyahu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR