Göyçayda üç avtomobil toqquşub

Göyçayda üç avtomobil toqquşub
# 10 avqust 2016 10:06 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçayda avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçayın Potu kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1979-cu il təvəllüdlü Həşimov Səbuhi Robil oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən qarşında hərəkətdə olan, 1978-ci il təvəllüdlü Sadıqov Vüqar Ağahəsən oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinə, sonra isə 1980-ci il təvəllüdlü Veysəlov Eldəniz Şuşin oğlunun idarə etdiyi “VAZ 2109” markalı minik avtomobilinə vurub.

Qəza nəticəsində hər üç avtomobilin sürücüsü yüngül xəsarət alıb. Hadisə yerinə gələn Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası onlara ilkin tibbi yardım göstərib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR