Bakıda Dünya Turizm Gününə həsr olunmuş konfrans keçiriləcək

Bakıda Dünya Turizm Gününə həsr olunmuş konfrans keçiriləcək
# 25 sentyabr 2014 10:36 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA Sentyabrın 26-da Bakıda Dünya Turizm Gününə həsr olunmuş konfrans keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə "Ölkəmizi tanıyaq", "Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi" layihələri haqqında çıxışlar olacaq, Azərbaycanda yeni yaradılmış "City Sightseeing Baku" şirkətinin yerli və xarici qonaqlara göstərilən xidmətinin, Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti, I Avropa oyunlarının Azərbaycanda keçirilməsi haqqında müzakirələr aparılacaq, "Baku Guide" bələdçi kataloqunun təqdimatları keçiriləcək.

Konfransda həmçinin Azərbaycanda turizmin inkişafını təsvir edən videoçarx nümayiş olunacaq, Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Turizm İşçisi" döş nişanı ilə təltiflər, Bak Turizm İnformasiya Mərkəzinin Fəxri Diplomları ilə təltif olmalar həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR