Roma papası eftanaziyaya qarşı çıxıb

Roma papası eftanaziyaya qarşı çıxıb
# 17 noyabr 2014 15:04 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Roma papası eftanaziyaya qarşı çıxıb.

APA-nın “The Daily Mail”ə istinadən verdiyi məlumata görə, eftanaziya tərəfdarlarını tənqid edən Roma papası Fransisk onların mövqeyini “saxta əzabkeşlik” adlandırıb.

Roma Papası həmçinin abort və embrional hüceyrələrin araşdırılmasına qarşı çıxarıb. O, bu cür işləri “həyatla oyun” adlandırıb.

Qeyd edək ki, bir müddət öncə Vatikan nümayəndələrindən biri könüllü eftanaziya qərarı verən amerikalı qadın Brittani Meynardın hərəkətini pisləyib və bunu böyük günah adlandırıb.

B.Meynard beyin xərçəngindən əzab çəkirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR