Yaponiyalı qonaq BDU-da tələbələrlə görüşüb - FOTO

Yaponiyalı qonaq BDU-da tələbələrlə görüşüb - <span style="color: red;">FOTO
# 05 may 2015 09:55 (UTC +04:00)

Bakı-APA. Yaponiya baş nazirinin müavini, maliyyə nazirinin xanımı Çikako Aso Bakı Dövlət Universitetində (BDU) yapon dilini öyrənən tələbələrlə görüşüb.


BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Beynəlxalq proqramlar şöbəsinin müdiri Elmira İsmayılova, Uzaq Şərq dilləri kafedrasının müdiri Oqtay Cəlilbəyli, Bakı Dövlət və Azərbaycan Dillər Universitetlərində yapon dili ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər. Tədbiri İradə Əliyeva açaraq qonaqlara universitet haqqında məlumat verib, onun tarixi, beynəlxalq əlaqələri və bu sahədə görülən işlər barədə danışıb.


Sonra tələbələr təqdimatlarla çıxış ediblər və yapon mahnısı “Cidai”ni ifa ediblər. Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR