“Almaniya bir rəssamın gözü ilə” mövzusunda rəssamlıq müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib

“Almaniya bir rəssamın gözü ilə” mövzusunda rəssamlıq müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib
# 10 iyun 2015 18:37 (UTC +04:00)

APA-nı məlumatına görə, tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Haydrun Templ bildirib ki, sərgidə 60 əsər təqdim olunur: “Sevinirəm ki, bu müsabiqəyə təqdim olunan əsərlərin sayı artır. Sərgidə bir-birindən maraqlı əsərlər var. İnanıram ki, bu əsərlər tamaşaçıların da zövqünü oxşayacaq”.

Bakı Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov münsiflər heyətinin sədri kimi təqdim olunan əsərlərin obyektiv qiymətləndirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, səkkizinci dəfə keçirilən müsabiqədə qalib gələnlər Almaniyaya səfərə göndərilirlər.

Tədbirdə qalib gələn müəlliflər mükafatlandırılıb. Bütün iştirakçılara əsərlərinin qiymətləndirilməsindən asılı olmayaraq və iştiraka görə təşəkkür əlaməti kimi sertifikatlar təqdim edilib.

Qeyd edək ki, müsabiqə Almaniyanın Azərbaycandakı səfirliyi, “Qız Qalası” İncəsənət Qalereyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, AGBank, “Standard İnsurance” və “Berlin-Bakı” Rəsm Qalereyası ilə birlikdə elan olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR