Ucarda toyu videolentə alan operator ağır xəsarət alıb

Ucarda toyu videolentə alan operator ağır xəsarət alıb
# 24 sentyabr 2014 12:13 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda toyu videolentə alan operator ağır xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 13:00 radələrində rayonun Azərbaycan küçəsində qeydə alınıb. Rayonun Qarabörk kənd sakini Arif Ağabala oğlu Babayev Ucarda keçirilən toy məclisini videolentə alarkən, “QAZel” markalı yük maşını ilə toyda iştirak edən “VAZ -2106” markalı minik maşının arasında sıxılı vəziyyətdə qalıb. Ağır bədən xəsarətləri alan A. Babayev təcili olaraq, Ucar Mərkəzi Rayon xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Ucar rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisənin dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR