Rusiya XİN: Suriya üzrə növbəti görüş Parisdə keçiriləcək

Rusiya XİN: Suriya üzrə növbəti görüş Parisdə keçiriləcək
# 18 noyabr 2015 20:45 (UTC +04:00)

Bakı-APA. Suriya üzrə beynəlxalq qrupun görüşü dekabrın sonu və yaxud yanvarın əvvəlində Parisdə keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Boqdanov bəyan edib.

“Vyana razılaşmalarına uyğun olaraq, Suriyada münaqişənin nizamlanması üzrə görüş təxminən bir ay sonra, yəni dekabrın sonu və yaxud yanvarın əvvəlində Parisdə keçiriləcək”, deyə S.Boqdanov bildirib.

Onun sözlərinə görə, görüş iştirakçılarının tərkibində dəyişiklik gözlənilmir: “Görüşdə rəsmi Dəməşqin iştirakı nəzərdə tutulmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR