Almaniyalı müşahidəçi: “Hər hansı qanun pozuntusu ilə qarşılaşmamışam”

Almaniyalı müşahidəçi: “Hər hansı qanun pozuntusu ilə qarşılaşmamışam”
# 01 noyabr 2015 09:20 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu 52 saylı Quba seçki məntəqəsinin 15 saylı seçki məntəqəsində müşahidə aparan almaniyalı müşahidəçi Qabriela Habsburq deyib.

Q. Habsburqun sözlərinə görə, o, Azərbaycanda bir neçə dəfə seçkiləri müşahidə edib. “Azərbaycan xalqı çox qonaqpərvərdir, bizi hər yerdə xoş qarşılayırlar. Şimal bölgəsinə məmnuniyyətlə gəldim. Quba Azərbaycanda sevdiyim rayonlardandır və burada olmaq mənim üçün xoşdur”.

Q. Habsburq müşahidə etdikləri seçki məntəqələrində qanun pozuntuları ilə rastlaşmadığını və gördüklərindən razı qaldığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR